Azərbaycan neftinin son qiyməti


Digərləri 25 İyn 2018 23:15:00 259 0

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib.

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,09 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 74,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel çoxdur.