Niderlandda Azərbaycan mədəniyyət gecəsi keçirilib


Digərləri 25 İyn 2018 20:48:00 280 0

Niderlandda Azərbaycan mədəniyyət gecəsi keçirilib

Niderlandın Delft Texnologiya Universitetində Azərbaycan mədəniyyət gecəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Explore Azerbaijan" adlı tədbirdə universitetdə təhsil alan tələbələrə Azərbaycan mədəniyyəti, rəqsləri, musiqisi, tarixi və milli yeməkləri təqdim olunub.

Tədbir ilk öncə Azərbaycan haqqında təqdimat və video ilə başlayıb. Daha sonra qonaqlar Azərbaycan təamlarından dadıblar. Şam yeməyi zamanı xarici qonaqlar Azərbaycanın milli paltarlarında fotolar çəkdiriblər.