24 yaşlı piyadanı avtomobil vurub


Digərləri 25 İyn 2018 20:39:00 264 0

24 yaşlı piyadanı avtomobil vurub

Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub.

Son.az report.az-a istinadən bildirir ki, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Xan Əkbər oğlu Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.