“Birdənbirə “rol” əlimdən çıxdı”


Digərləri 25 İyn 2018 18:20:00 210 0

“Birdənbirə “rol” əlimdən çıxdı”

Son bir neçə gündə ölkənin müxtəlif bölgələrində dəhşətli qəzalar baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, baş verən müxtəlif qəzalarda 3 nəfər həyatını itirib, aralarında uşaqlar da olmaqla 10-a yaxın şəxs ağır bədən xəsarəti alıb. Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Toyota Prado", "VAZ-2106" və "VAZ-21099" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2106"da olan Xaçmaz şəhər sakini 31 yaşlı Zaur Zeynalov dünyasını dəyişib.  24 yaşlı Kamran Mürsəlov isə ciddi bədən xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müvafiq tibbi yardım göstərilib. Tibb müəssəsindən verilən məlumata görə, o, müalicəsini davam etdirmək üçün paytaxdakı tibb müəssələrindən birinə göndərilib.  Göygöldə baş verən qəzada 5 nəfər ağır xəsarət alıb. Hadisə rayonun Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir magistralında baş verib. Zəncirvari qəzada Mercedes, "VAZ 2107" və qoşqulu traktor toqquşub. Yol-nəqliyyat hadisəsi 5 nəfərin xəsarət almasına səbəb olub. Ağstafa rayon sakinləri - 68 yaşlı Mahirə Xəlilova, 32 yaşlı Günay Xəlilova və Şəmkir rayon sakini 58 yaşlı Kərim İbrahimov Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. İki azyaşlı isə Gəncə səhər 2 saylı birləşmiş uşaq xəstəxanasına yerləşdirilib.   Zabit Vəliyev - həkim: "Şöbəmizə 5 nəfər şəxs çatdırılmışdı. Bir nəfərdə isə topuğun sınığı aşkarlanmışdı. Zərərçəkən müalicəsini özəl xəstəxanada davam etdirəcək. Qalan xəstələrin isə müalicəsi davam etdirilir". Kürdəmir rayonu ərazisində baş verən qəzada maşın yolun kənarındakı gölməçəyə düşüb, içərisindəki qadın yerindəcə keçinib Sürücü, Goranboy rayon sakini 73 yaşl Yelmar Rzayev Mersedes markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini Tamara Rzayeva elə hadisə yerindəcə dünyasını dəyişib. Yelmar Rzayev - sürücü: "Birdən-birə "rol" əlimdən çıxdı, heç özüm də bilmədim necə oldu". Goranboyda isə piyadanın diqqətsizliyi həyatı bahasına başa gəlib. Yolu keçmək istəyən Qaramusalı kənd sakini, 78 yaşlı Nadir Rüstəmovu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub.  Bütün faktlarla bağlı araşdırma aparılır. 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar