ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib (FOTO)


Digərləri 25 İyn 2018 17:43:00 254 0

ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib.

Bakı. ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutu “Overseas Private Investment” (OPIC) korporasiyasının Beynəlxalq Layihələrin Maliyyələşdirilməsi Departamentinin direktoru Tara Bleykin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, infosessiya “OPIC”-in Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına həsr olunub. Tədbirdə potensial şirkətlər, investor və iş adamları, eləcə də startapçılar iştirak edib. İnfosessiya zamanı korporasiyanın Azərbaycandakı layihələri maliyyələşdirmə mexanizmləri barədə ətraflı təqdimat olub və birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.