Macarıstanlı avroparlamentari: "Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib"


Digərləri 25 İyn 2018 15:25:06 188 0

Macarıstanlı avroparlamentari: "Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib"

"Seçkinin nəticələri Azərbaycan xalqının istəyi ilə üst-üstə düşür"

"Azərbaycanda Prezident seçkiləri azad vəədalətli keçirilib".

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu macarıstanlı avroparlamentari Monika Bartos iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburq şəhərində keçirilən yay sessiyasında aprelin 11-dəAzərbaycanda baş tutmuşPrezident seçkiləri ilə bağlıhesabatın müzakirəsi zamanıdeyib.

"Mən AŞPA üzvü qismində deyil, sadəcə, beynəlxalq müşahidəçi kimiAzərbaycanda keçirilən Prezident seçkilərini izləmişəm. Seçki günü polşalı həmkərlarımla birlikdə seçki məntəqələrinin açılışı, bağlanışı vəsəslərin hesablanmasında iştirak etmişəm. Müşahidələrimizə əsasən, seçki zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Hətta bir müsbət halı xüsusi qeyd etmək istəyirəm ki, seçkinin gedişatı zamanı namizədlərin istər sərbəst toplaşma hüququ olsun, istərsə də digər hüquqları yüksək səviyyədə təmin edilib. Hesab edirəm ki, seçkinin nəticələri Azərbaycan xalqının istəyi ilə üst-üstə düşür", - o qeyd edib.

M.Bartos bildirib ki, bu günAzərbaycan Macarıstanın regionda ən mühüm tərəfdaşıdır.