Paradda ilk dəfə nümayiş etdiriləcək hərbi texnikalar FOTO


Digərləri 25 İyn 2018 14:44:00 505 0

Paradda ilk dəfə nümayiş etdiriləcək hərbi texnikalar  FOTO

Sabah Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə hərbi parad keçiriləcək.

Son.az azvision.az-a istinadla xəbər verir ki, sabahkı parad əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Belə ki, Bakıda təşkil olunacaq paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) Türkiyə bayrağı ilə keçid edəcək. 

Azərbaycanın keçid edəcək bəzi bölmələrinin hərbçilərində yerli istehsalımız AR-15 "Aztex" avtomatları olacaq. Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinin silahları da yenidir. Həmçinin, paradda son illər dünyanın müxtəlif ölkələrindən alınmış ən müasir texnikalar nümayiş etdiriləcək.