Azərbaycanda Afrika istiləri gözlənilir


Digərləri 25 İyn 2018 14:06:31 281 0

Azərbaycanda Afrika istiləri gözlənilir

Ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri nəticəsində yaxın 4-5 gün ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək olacaq

Ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri nəticəsində yaxın 4-5 gün ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək olacaq.

Son.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Artıq ölkədə Şimali Afrikadan gələn isti hava kütlələrinin üstünlük təşkil etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

U.Tağıyeva bu temperatur rejiminin daha çox iyul və avqust ayları üçün səciyyəvi olduğunu söyləyib: