Gəncəli "zek" 20 min manatı niyə 5 dəfə ucuzuna satırmış? FOTO


Digərləri 25 İyn 2018 13:31:00 333 1

Gəncəli "zek" 20 min manatı niyə 5 dəfə ucuzuna satırmış?  FOTO

Masazır qəsəbəsində 20000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən Gəncə şəhər sakini saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.


Xəbərə aid fotolar