Bakıda ilk dəfə kriptovalyuta biznesinin sirlərini öyrənin


Digərləri 25 İyn 2018 12:26:56 232 0

Bakıda ilk dəfə kriptovalyuta biznesinin sirlərini öyrənin

Kriptovalyuta bazarının intensiv inkişafı tədricən yeni perspektivlər açır.

Bakı. Kriptovalyuta bazarının intensiv inkişafı tədricən yeni perspektivlər açır. Əgər əvvəllər bu sahə son dərəcə riskli və şəraitdən asılı olan bir şey kimi təsvir olunurdusa, beynəxalq korporasiyaların və dünya maliyyə bazarlarında aparıcı oyunçuların bu prosesə qoşulmasından sonra istər-istəməz düşünürsən: Nə üçün mən indiyədək bu meynstrimdə təmsil olunmuram? Cavab aydındır – təkcə blokçeyn texnologiyaları və kriptovalyuta bazarı haqqında ümumi biliklər qazanmağa deyil, həmçinin bu biznesə necə sərmayə yatırmaq və mənfəət götürmək barədə praktiki məlumat almağa imkan verən nüfuzlu ekspert rəyi əldə etməyin mümkünsüzlüyü. Nəhayət ki, Bakıda belə bir fürsət yarandı. İyulun 7-də “Boulevard Hotel”də “Baku Blockchain Event” konfransı keçiriləcək. Tədbirin əsas mövzusu gələcəkdə kriptovalyutaların istifadəsi və blokçeyn texnologiyalarının inkişafıdır. Baş sponsor qismində “Digithereum Global Limited” şirkətinin (Honq Konq) çıxış etdiyi “Baku Blockchain Event” konfransı MDB-də kriptovalyuta sahəsində aparıcı ekspertləri bir araya gətirəcək. Tədbir həm yeni bazarın imkanları barədə ilk dəfə düşünənlərə, həm də artıq blokçeyn texnologiyası və rəqəmsal valyuta ilə tanış olanlara yönəlib. Konfransın əsas əhəmiyyəti yalnız kriptovalyuta bazarında qazanmağı bacaranlarla deyil, eləcə də öz biliklərini digərləri ilə bölüşməyə hazır olanlarla ünsiyyətdən ibarətdir. Tədbir çərçivəsində çıxış edəcəklər: