Əli Həsənov: Bu ilin 5 ayında 1 ton 400 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)


Digərləri 25 İyn 2018 12:00:00 251 0

Əli Həsənov: Bu ilin 5 ayında 1 ton 400 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Bu ilin 5 ayında Azərbaycanda 1 ton 400 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Bu ilin 5 ayında Azərbaycanda 1 ton 400 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüququ baza yaradılıb: "Milli Məclis bununla bağlı 29 qanun qəbul edib, Azərbaycan prezidentləri - ümummilli lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyev tərəfindən 29 fərman və sərəncam imzalayıb, Nazirlər Kabineti 27 qərar qəbul edib. Bundan başqa, Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına və 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub". Baş nazirin müavini bildirib ki, 2018-ci ilin 5 ayı ərzində ölkədə 1 ton 400 kq-a yaxın müxtəlif narkotik xassəli maddə götürülüb: