Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk (FOTO)


Digərləri 25 İyn 2018 10:51:00 298 0

Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk (FOTO)

Bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunda ilk dəfə olaraq taxıl yük vaqonları ilə nəql edilib.

Bakı. Bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunda ilk dəfə olaraq taxıl yük vaqonları ilə nəql edilib. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, “AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (hopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.