“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi


Digərləri 25 İyn 2018 10:39:32 302 0

“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi

22 iyun tarixində lotereyanın 1-ci tirajı keçirilib

Bakı. Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. 22 iyun tarixində lotereyanın 1-ci tirajı keçirilib və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X qazanıb. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475 . Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.