Rezidenturaya qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək


Digərləri 25 İyn 2018 10:10:11 274 0

Rezidenturaya qəbul olmaq istəyənlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcəkdir. Trend-in məlumatına görə, sınaq imtahanında iştirak etmək istəyənlər 30 iyun saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.