Kürdəmirdə avtomobil su kanalına aşıb,


Digərləri 25 İyn 2018 09:53:00 248 0

Kürdəmirdə avtomobil su kanalına aşıb,

Kürdəmir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nqəliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qedydə alınıb.

Belə ki, Qazax istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb.