Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub YENİLƏNİB


Digərləri 25 İyn 2018 08:07:00 267 0

Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub  YENİLƏNİB

25.06.2018

08:07

Lənkəran-Lerik yolunun Lerik rayonu ərazisində 42-CA-769 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması zamanı xəsarət alan 3 nəfərin şəxsiyyəti müəyyənləşib.

Son.az APA-ya istinadən bildirir ki, bunlar sürücü - 32 yaşlı Ceyhun Mədət oğlu Abdullayev, onun sərnişinləri - 62 yaşlı Nurəli Şirəli oğlu Əliyev və 62 yaşlı Xanoğlan Pirverdi oğlu Ağayevdir.

Yaralılara Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

-----------------

24.06.2018

23:20

Lənkəran-Lerik yolunun Lerik rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Yaralılardan biri tanışı olan Lənkəran sakininə qəzaya düşdükləri barədə məlumat verib.  Həmin şəxs isə hadisə yerinə çatmaq üçün 42-CB-106 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilini sürətlə sürən zaman Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində kənd sakini, 1964-cü il təvəllüdlü Əliməmməd İlyas oğlu Şükürovu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, Ə. Şükürovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlk hadisə zamanı xəsarət alan 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.