Tehran-Bakı dəmiryol xətti yaxın zamanlarda işə salınacaq (ÖZƏL)


Digərləri 25 İyn 2018 07:12:06 339 0

Tehran-Bakı dəmiryol xətti yaxın zamanlarda işə salınacaq (ÖZƏL)

Azərbaycan və İran iki ölkənin paytaxtlarını birləşdirəcək dəmiryol xəttinin işə salınması barədə danışıqlar aparır

Bakı. İlkin Şəfiyev, Kamyar İqbalnecad - Azərbaycan və İran iki ölkənin paytaxtlarını birləşdirəcək dəmiryol xəttinin işə salınması barədə danışıqlar aparır. Bunu Trend-ə “İran dəmir yolları”nın nümayəndəsi Mir Həsən Musəvi deyib. Bu dəmir yolunun Bakını Azərbaycanın Astara şəhəri ilə, daha sonra İranın eyni adlı şəhərindən keçməklə paytaxt Tehranla əlaqələndirəcəyi planlaşdırılır.