İş müsahibəsində müsbət cavab əldə etmək üçün nə etməli?


Digərləri 24 İyn 2018 23:35:00 272 0

İş müsahibəsində müsbət cavab əldə etmək üçün nə etməli?

İştirak etdiyim iki müsahibədə iki müsbət cavab əldə edən bir şəxs kimi, hazırlıq prosesi və müsahibə haqqında tövsiyələrimi iş axtaranlarla bölüşmək istərdim.

Son.az moneta.az-a istinadən bildirir ki, sizin CV ilə tanış olduqdan sonra HR mütəxəssis sizi müsahibəyə dəvət edir. Müsahibədə uğur qazanmaq üçün isə, mütləq hazırlaşmaq lazımdır.

1) Müsahibəyə getdiyiniz şirkət haqqında məlumat toplayın. Şirkətin tam adı, hansı istiqamətdə fəaliyyət göstərir, şirkətin tarixi və s. sualların və mövzuların dəqiq cavablarını bilməlisiniz.

2) Bütün lazımi sənədləri çap edin və ayrıca faylda müsahibəyə gətirin. Həmin sənədlərə CV (iki nüsxədə), şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, ali təhsil haqqında diplom, sertifikatlar və s. aiddir.

3) Şirkətin ünvanını və yerləşməsini dəqiq analiz edin. Daha yaxşı olar ki həmin yerə bir dəfə gedib,dəqiq ünvanı tanıyasınız. Nəqliyyatı, tıxacları və məsafəni nəzərə almaq lazımdır.

4) Müsahibə zamanı veriləcək əsas suallara kreativ, ancaq eyni zamanda məntiqli cavablar fikirləşin. Əsas suallar bunlardır:

▪ Niyə bizim şirkət?

▪ Əvvəlki iş yerinizdən nəyə görə çıxmısınız?

▪ Özünüzün müsbət və mənfi cəhətləriniz barədə danışın

▪ Bizim şirkətə hansı faydanız ola bilər?

5)      Müsahibəyə geyinəcəyiniz geyim barədə fikirləşin. Ciddi bir geyim seçilməsi məsləhət görülür.