Ailənizin sizə verdiyi


Digərləri 24 İyn 2018 22:35:00 321 0

Ailənizin sizə verdiyi

Doğulduğunuz anda sizə ailənizdən buraxılan miraslar var. Elm buna "genetik miras" deyir. Hər birimiz bir-birimizdən olduqca fərqliyik. Bəzi özəlliklərimiz sonradan, bəzilərini isə irsən əldə edirik.

Son.az moneta.az-a istinadən bildirir ki, irsi özəlliklərin çoxunun xarici görüşümüzlə və ya xəstəliklərlə bağlı olduğunu bilirik.

Bəs, gündəlik həyatda qarşımıza çıxan problemləri və ya hadisələri həll edərkən etdiklərimizin, bacarıq və vərdişlərimizin genetik mirasla bağlı olduğunu bilirdinizmi?

1) Kofe içmə vərdişi

Elm adamlarının apardığı araşdırmaya görə, kofe içməyin az və ya çox olması ya da kofeni sevib-sevməməyiniz tamamilə genlərinizlə bağlıdır. Elm adamları bir qrup insanı kofeni çox içən və az içən olaraq 2 qrupa ayıraraq tədqiqat aparmışlar. Tədqiqat nəticəsində kofeni az içən insanlarda bir gen qrupu aşkarladılar. Bu gen qrupu sayəsində kofeyə meylilik azalır və buna görə də kofein ehtiyacları digərlərinə görə daha azdır. Qısacası, kofe sevginiz tamamilə ailənizdən qaynaqlanır.

2) Populyar Olmaq və ya Olmamaq

Olduğunuz mühitdə bütün diqqəti üzərinizdə toplamağınızın əsl səbəbi tamamilə siz deyilsiniz. Bu özəllik də əsasən genlərinizin sizə ötürdüyü bir mirasdır. Harvard Universitetindəki elm adamlarının apardığı araşdırmaya görə, çox qədim zamanlarda insan həyatının sadəcə qida tapmaq və təhlükələri sovuşdarmaqdan ibarət olduğu çağlarda diqqəti cəlb edən insanların və sosial olanların bu xarakterinin nəsildən nəsilə ötürülməsi aşkarlanmışdır.