Heç olmasa həftədə bir dəfə sobada soğan qızardın


Digərləri 24 İyn 2018 20:20:00 293 0

Heç olmasa həftədə bir dəfə sobada soğan qızardın

Soğan güclü antibakterial xüsusiyyətlərə malikdir və bunu hamı bilir.

Son.az publika.az-a istinadən xəbər verir ki, təzə soğan şirəsi ilə bal bronxit və iltihabı sağaldır, öskürəyi azaldır. Əzilmiş soğan kompresləri isə qulaqlarda ağrıları müalicə edir, hətta bədənin temperaturunu azaltmağa qadirdir.

Amma çox az adam bilir ki, sobada qızardılmış soğan da çox faydalıdır. Soğan sobada müəyyən temperaturda bişirildikdə öz faydalı xassələrini itirmir!

1. Bişmiş soğan yazva xəstəliyi və uzun müddət sağalmayan yaraları müəlidə edə bilər! Bunun üçün soğanı qabığı ilə qızartmaq və onu yara yaxşılaşaba qədər lazımi yerlərə qoymaq lazımdır.

2. Çibanların da müalicəsi zamanı bişmiş soğan istifadə etmək lazımdır: isti soğanı kompres üçün problemli yerə gündə 20 dəqiqə saxlayın. Çox tezliklə çiban yox olacaq!

3. Sobada bişirilmiş soğanla hətta babasilin müalicəsi mümkündür! Soğan kompresi dezinfeksiyaedici xüsusiyyətlərə malikdir və dəri toxumalarını tez bir zamanda bərpa etməyə kömək edir.