Mercedesdən kompakt sedan FOTO


Digərləri 24 İyn 2018 20:01:00 605 0

Mercedesdən kompakt sedan  FOTO

Mercedes-Benz şirkəti Pekin-2018 beynəlxalq sərgisinə uzun kompakt sedan A-Class L gətirib. Məxsusi olaraq Çin üçün istehsal edilən avtomobil Daimler və BAIC Motor gücündə olacaq. Lakin alman şirkəti tezliklə bu modeli digər ölkələrin bazarları üçün də istehsal edəcək.

Son.az auto.az-a istinadən bildirir ki, yeni Mercedes-Benz A-Class L Sedan-ın uzunluğu 4609 mm, eni 1796 mm, hündürlüyü isə 1460 mm-dir. Oxlar arasındakı məsafə 2789 mm-dir. Baqajın həcmi 420 litrdir.

Güman edildiyi kimi, yeni kompakt 4-qapılı modernləşdirilmiş MFA platformasında yığılıb. Bu platforma yeni nəsil hetçbək Mercedes-Benz A-Class-da da istifadə edilib.


Xəbərə aid fotolar