Cem Yılmaz səs verəndə də zarafatından qalmadı VİDEO FOTO


Dünya 24 İyn 2018 17:22:00 350 0

Cem Yılmaz səs verəndə də zarafatından qalmadı  VİDEO  FOTO

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərində şou əhli də yaxından iştirak edir.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor-şoumen Cem Yılmaz Beşiktaş Lütfi Banat məkətbində səsvermə hüququndan istifadə edib. O, məntəqədə də zarafatlarından qalmayıb. Jurnalistlərə "Siz kabinə keçin, mən gəlirəm" deyən Yılmaz onu "şoumen" kimi təqdim edən müxbirə "Şoumen dediniz, yumor ustası olacaqdı. Yayımlanarkən düzəldərsiniz" cavabını verib.

Hər seçkidə eyni məktəbdə səs verən yaşlı vətəndaşı görən Cemin "Get-gedə cavanlaşırsınız" zarafatı seçki məntəqəsindəkiləri qəhqəhəyə boğub.


Xəbərə aid fotolar