Cənubi Qafqazın ən böyük qorunan ərazisində bir gün... FOTO


Digərləri 24 İyn 2018 16:48:00 398 0

Cənubi Qafqazın ən böyük qorunan ərazisində bir gün...  FOTO

Yəqin ki, hər kəs Xalq Şairi Süleyman Rüstəmin "Azərbaycana gəlsin" şeirindəki "Cənnət görmək istəyən Azərbaycana gəlsin!" misrasını yaxşı xatırlayır. Əbəs yerə deyilməyib bu sözlər... Ölkəmizin behiştə bənzəyən neçə-neçə bölgəsi, rayonu var...

Füsunkar təbiət, əlçatmaz dağlar, yamyaşıl meşələr, təmiz hava... Şəhərin səs-küyündən və istisindən bir günlük də olsa, uzaqlaşıb təbiətin gözəlliyindən həzz almaq üçün iyunun 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiət evimizdir" layihəsi çərçivəsində yolumuzu Şahdağ Milli Parkına saldıq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkı 2006-cı il dekabrın 8-də Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının ərazisində yaradılıb. Sahəsi 130 min 508 hektara bərabər olan xüsusi mühafizə olunan təbiət ərazisində meşələr, əsasən, iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlib. Milli parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılıb. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı qorunur.

Milli Parkın Şabran rayonunda inzibati binası və ekoturizm mərkəzi, əhatə etdiyi inzibati rayonların hər birində isə müasir tələblərə cavab verən nəzarət buraxılış məntəqələri fəaliyyət göstərir.


Xəbərə aid fotolar