Efiopiyada mitinqdə partlayış nəticəsində 2 nəfər ölüb


Dünya 24 İyn 2018 13:53:21 315 0

Efiopiyada mitinqdə partlayış nəticəsində 2 nəfər ölüb

Həmçinin 156 nəfər yaralının olduğu bildirilir

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri məlumat yayıb.

Şənbə günü Efiopiyanın baş naziri Abiy Əhmədə dəstək mitinqində partlayış baş verib. Tədbir təşkilatçısının sözlərinə görə, qumbara baş nazirin çıxış etdiyi tribuna tərəfə atılıb. Baş nazirin özü zərər çəkməyib.

Bundan əvvəl 1 nəfərin öldüyü və 156 nəfərin yaralandığı bildirilirdi.