İranda 3 nazirin istefası tələb edilir


Dünya 24 İyn 2018 12:46:01 303 1

İranda 3 nazirin istefası tələb edilir

İran parlamentinin bir qrup deputatı prezident Həsən Ruhaniyə 3 nazirin istefaya göndərilməsi ilə bağlı məktub ünvanlayıb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin üzvü Hoseyn Maqsud məktubu 50 deputatın imzaladığını bildirib.

H. Maqsud bunun artıq İran prezidentinə anoloji mövzuda ünvanlanan ikinci məktub olduğunu nəzərə çatdırıb. H. Ruhani hələ ilk məktuba cavab verməyib.