"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı FOTO


Digərləri 24 İyn 2018 10:46:00 400 0

"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı  FOTO

Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritet Tariel Oniani azadlığa buraxılacaq.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, vaxtilə bu bölgədə tanınmış "qanuni oğru"lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağı istisna olunmur.

Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından - Qvantsa Onianidən bəhs edəcəyik. "Taro" ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir.


Xəbərə aid fotolar