Türkiyədə prezident və parlament seçkiləri başlayıb


Dünya 24 İyn 2018 09:03:00 218 0

Türkiyədə prezident və parlament seçkiləri başlayıb

Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.