Türkiyədə prezident və parlament seçkiləri başlayıb


Digərləri 24 İyn 2018 09:00:00 289 0

Türkiyədə prezident və parlament seçkiləri başlayıb

Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb. Trend-in məlumatına görə, səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər. Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir. Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin