Vanilin faydaları


Digərləri 23 İyn 2018 23:20:00 444 0

Vanilin faydaları

Vanil səhləbkimilər fəsiləsi aid olan çoxillik vanil ağacının məhsuludur. Vanil ağacının gövdəsi və budaqları hündür olub, ağ-yaşıl iri çiçəklər açır. Çiçəklər yanlız bir gün açır. Vanilin vətəni Meksika hesab edilir. İndi Madaqasqarda, Karib ölkələrində, Cənubi Afrikada, Şri Lankada da vanil ağacı bitir. Vanil ağacı budaqları vasitəsilə çoxalır. Onun budaqlarını xüsusi qayda ilə kəsib plantasiyalarda əkir və çoxaldırlar. Ağac əkildikdən 3 il sonra meyvə verməyə başlayır. Onun əsasən çubuqlarından istifadə edilir.

Son.az immunitet.az-a istinadən bildirir ki, vanil çubuqları 15-20 sm uzunluğunda və 3-4 sm enində olur. Vanil çubuqlarını 20 dəqiqə qaynar suda saxlayıb həftə ərzində 60* istidə fermentlədikdən sonra istifadə etmək olur. Fermentlədikdən sonra vanil əsil qoxusunu ətrafa saçır və qəhvəyi gəng alır. Yüksək keyfiyyətli vanil çubuqları yumşaq, elastik, asan qırıla bilən, yağlı, tünd qəhvəyi rəngdə olur. Onun üst hissəsi ağ kristal təbəqə ilə örtülü olur. Vanil ətrinin korlanmaması üçün onu xüsusi qablaşdırmada, hava keçirməyən bağlamada saxlamaq lazımdır. Bu qayda ilə saxladıqda vanil 36 il öz ətrini qoruyub saxlaya bilir. Adətən vanilin toz halından istifadə edilir. Bunun üçün toz halına salınmış bir vanil çubuğu yarım kiloqram şəkər tozu ilə qarışdırılır. Konditer məhsullarının hazırlanmasında istifadə edilən vanil həmin qaydada hazırlanır. Ondan desertlərin, pudinqlərin, tortların, kompotların, biskvitlərin, dondurmaların hazırlanmasında istifadə edilir. Vanil şirniyyat məmulatlarına xüsusi dad və qoxu bəxş edir. Vanildən müxtəlif şokoladların hazırlanması zamanı da istifadə olunur. 100 qram vanilin qida dəyəri: - Zülallar - 0,05 qr - Yağlar - 0,05 qr - Karbohidratlar - 12,65 qr - Su - 52,6 qr - Kalori - 288 kKal. Vanilin tərkibində qlikozid, qlükovanilin, efir yağları, tanin maddələri var. Fermentləmə zamanı qlükovanilin vanilin və qlükozaya çevrilir. Onun güclü ətrə malik olmasına səbəb vanilin - 4-oksi-3 - metoksilbensaldehiddir. Bu maddə vanilin 12,5%-ni təşkil edir. Xalq təbabətində vanildən soyuqlama, dispepsiya, sinir sisteminin gərginlikləri, psixi xəstəliklər, yuxululuq, revmatizm xəstəliklləri zamanı istifadə edilir. Ondan əzələlərin sağlamlaşması və stimulyasiya edilməsi üçün də istifadə edilir. Vanilin ətrindən aromaterapiyada da istifadə edilir. O iştahanı artırmaq qabiliyyətinə malikdir.  Vanil əsəbləri sakitləşdirir, ürəyə rahatlıq verir. Ondan parfümeriyada geniş istifadə edilir. Vanildən Şərq ölkələrində bir çox ətirlərin hazırlanmasında istifadə edilir. Vanilin zərərli xüsusiyyətləri Həddindən çox vanil istifadə eləmək allergik reaksiyaların baş verməsinə səbəb olur. Vanilin təbii yollarla hazırlanması çətin və baha olduğu üçün qida sənayesində əsasən onun sitetik yolla hazırlanmışından istifadə edilir. Bu isə orqanizm üçün zərərli ola bilir. Bu səbəbdən də həssaslığı çox olan adamlara çoxlu miqdar vanildən istifadə eləmək və ya vanil ətri gələn yerlərdə uzun müddət dayanmaq məsləhət görülmür.