Ad günündə qadının başına televizor düşüb


Digərləri 23 İyn 2018 22:27:00 319 0

Ad günündə qadının başına televizor düşüb

Rusiyadakı gecə klubların birində ad gününü qeyd edən qadın bədbəxt hadisə qurbanı olub. Onun başına televizor düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli telekanal məlumat yayıb.

Şahidlərin sözlərinə görə, qadının başına televizoru saxlayan qurğu düşüb. Hadisə zamanı o, kəllə-beyin travması alıb və yerindəcə keçinib. O, klubda 36 yaşını qeyd edirmiş.