Sabirabadda pambıq sahəsində günvurma olub VİDEO


Digərləri 23 İyn 2018 21:16:00 370 0

Sabirabadda pambıq sahəsində günvurma olub  VİDEO

Sabirabadda pambıq sahəsində işləyən fəhlələr arasında günvurma halı qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 9 nəfər gunvurma diaqnozu ilə xəstəxanaya aparılıb. Hadisə bu gün günorta saat 12 radələrində rayonun Muğan Gəncəli kəndi ərazisində baş verib. Günorta saatlarında sahədə işləyən fəhlələr arasında halsızlıq baş verdiyindən onlar dərhal Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıblar.