Bağçada körpənin üzünə dağ basılıb?


Digərləri 23 İyn 2018 19:16:00 357 0

Bağçada körpənin üzünə dağ basılıb?

Gəncədə bağçada bir yaş altı aylıq uşağın üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, valideyn üzündə xəsarət izləri olan uşağının şəkillərini sosial şəbəkədə paylaşıb. O iddia edib ki, Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında işləyən Gülnarə adlı müəllimə övladı - 1 yaş 6 aylıq Saranın üzünə dağ basıb.

Valideyn uşağın bu halını paylaşandan sonra bütün diqqətlər həmin bağçaya yönəlib. 31 saylı bağçanın müdiri Günay İsmayılova bildirib ki, dağ basılması iddiası yalandır. Körpələr qrupunda olan azyaşlı Hüseyn Əliyev Sara Mustafazadəni üzündən dişləyib.

Xəstəxanadan da bildirilib ki, azyaşlının üzündəki xəsarət dişləmə izidir.

Sonradan valideyn özü də uşağının üzünün dişləndiyini təsdiqləyib.


Xəbərə aid video