Nazir Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında FOTO


Digərləri 23 İyn 2018 17:20:00 446 0

Nazir Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.


Xəbərə aid fotolar