Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs məhkəmə önündə


Digərləri 23 İyn 2018 14:24:00 249 0

Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs məhkəmə önündə

Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 182.1 maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesinə hakim Ramin Qurbanov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb. 

Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj edərək pul tələb edib.

İttiham aktına görə, Bakı şəhər sakini, 42 yaşlı Sultanova Rəna Rahib qızı sosial şəbəkələrin birində Elman adlı şəxslə tanış olub.

Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

Bundan sonra Elman Bəşirov Rəna Sultanovanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib. R.Sultanova ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.