"Elə bilirsiniz o əclaflar miqrantları düşünür?"


Dünya 23 İyn 2018 11:43:04 315 0

"Elə bilirsiniz o əclaflar miqrantları düşünür?"

"Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan miqrantlar ölkəmiz üçün böyük problemə çevrilib.

Miqrant axınının qarşısını almaq, miqrantları ölkəmizə buraxmamaq niyyətindəyik. Qoy gəldikləri yerə qayıtsınlar! Onlar İtaliyanı ancaq açıqcalarda görə bilərlər".

İtaliyanın daxili işlər naziri Matteo Salvini belə deyib.

Son.az European-a istinadən bildirir ki, Aralıq dənizindəki rezin qayıqlarda üzərək İtaliyaya çatmaq istəyən 224 miqrantı xilas etmiş "Mission Lifeline" (Almaniya) qeyri-dövlət təşkilatı İtaliyanın DİN başçısından belə cavab alıb.

Nazirin göstərişinə uyğun olaraq həmin miqrantlardan bir nəfər də İtaliya ərazisinə buraxılmayıb.

Nazir "Mission Lifeline" təşkilatını sərt tənqid edib.