Androidin idarə olunması asanlaşır


Digərləri 23 İyn 2018 08:31:00 238 0

Androidin idarə olunması asanlaşır

"Google" şirkəti "Google Account"un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar "Android" sisteminin idarəetməsi altında işləyən  qurğularda əlçatandır, yaxın vaxtlarda bu funksiyalar, həmçinin "iOS" sistemli qurğularda və fərdi kompüterlərdə əlçatan olacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, interfeysə daxil edilmiş yeni funksiyalar hesabı daha rahat idarə etməyə imkan verəcək. Təhlükəsizlik və məxfilik parametrləri, o cümlədən hesabla əlaqəli aktual informasiya (məsələn, fərdi məlumatlar, qurğular, ödəniş üsulları, alış-veriş, abunə, sifariş vermə və əlaqələr) yenilənib.

Tərtibatçılar bildirirlər ki, indi "Google Account"da sazlamaları və başqa parametrləri axtarıb tapmaq daha asanlaşıb. Bunun üçün ekranın aşağı hissəsində yerləşdirilmiş "Axtarış" ikonkasına sıxaraq sorğunu daxil etmək lazımdır.