“Facebook” pullu olacaq?


Digərləri 23 İyn 2018 08:25:00 213 0

“Facebook” pullu olacaq?

"Facebook" sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir.

Son.az lent.az-a istinadən xəbər verir ki, abunəçilərdən eksklüziv kontent üçün pul çıxılacaq. Qeydiyyat üçün minimal ödəniş 4,99 dollar, maksimal ödəniş isə 29,99 dollar təşkil edir.

Qruplarda qeydiyyat belə aparılacaq: Qrupun inzibatçısı istifadəçilərə dəvət göndərəcək. Bu dəvətdə onun hansı eksklüziv onun çıxış əldə edəcəyini və buna görə nə qədər ödəyəcəyi məlum olacaq. Əgər onlar buna qoşulmaq istəsələr, o zaman onlardan bu vəsait çıxılacaq.