Visa və Master Card barmaq izlərinə keçir


Digərləri 23 İyn 2018 08:11:00 280 0

Visa və Master Card barmaq izlərinə keçir

Ödəmə sistemləri üzərində təkmilləşdirmə işləri davam edir. Bu, rəqəmli texnologiyaların çox sürətli inkişafı ilə izah olunur.

Son.az ICTnews-a istinadən bildirir ki, daxili barmaq izi skaneri ilə təchiz ediləcək "Visa" və "Master Card" ödəmə sistemləri öz sahibini müəyyənləşdirə biləcək. Aparılan sınaqlar, hələ ki, erkən mərhələdədir.

Məlumata görə, kart yalnız onun sahibi öz barmağını ödəmə kartına qurulmuş sensora yaxınlaşdırdıqdan sonra aktivləşir. Kartın nömrəsinin üstündə yerləşdirilmiş çip barmaq izi haqda informasiyanı yadda saxlayacaq.