"Uzunömürlü", möhkəm korpuslu smartfon təqdim edilib VİDEO


Digərləri 23 İyn 2018 08:01:00 334 0

"Uzunömürlü", möhkəm korpuslu smartfon təqdim edilib  VİDEO

Akkumulyator istehsalı ilə məşğul olan tanınmış "Energizer" şirkəti davamlılıq üçün nəzərdə tutulmuş yeni "Hardcase H500S" smartfonunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu, "IP68" standartına malik nazik, amma möhkəm korpusla təchiz edilmiş kifayət qədər təhlükəsiz telefondur: su və toza qarşı dayanıqlıdır, 30 dəqiqə müddətində 1,2 m-dək dərinliyində olan suda qala bilir.

Bundan başqa, qurğu 1 metr hündürlükdən yerə düşərkən sınmır, displeyi "Gorilla Glass" müdafiəsinə malikdir. Sözügedən smartfonun qalınlığı 10 mm təşkil edir. Displey HD formatlı 5 düymlük paneldən ibarətdir. Az enerji sərf edən ekran 3000 milliamper/saat tutumlu litium akkumulyatoruna aparatın danışıq rejimində 22 saatadək işləməsinə imkan verir.


Xəbərə aid video