Gecəgörmə imkanlı çip hazırlanıb


Digərləri 23 İyn 2018 07:31:00 307 0

Gecəgörmə imkanlı çip hazırlanıb

Yunan universiteti nəzdində fəaliyyət göstərən optik-elektron texnologiyalar üzrə tədqiqat mərkəzi tərəfindən hazırlanmış yeni fotoelektron çip gələcəkdə zəif  işıqlandırma və kontrast şəraitində görüntünü yüksəltmək məqsədi ilə eynək, mobil telefon və digər yığcam cihazlara quraşdırıla bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, hazırda peşəkar gecəgörmə cihazları böyük ölçülü və bahalıdır, adətən hərbi və elmi sahələrdə istifadə olunur. Belə cihazların mülki təyinatlı portativ avadanlıqda tətbiqi mümkün deyil.