Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli? VİDEO


Digərləri 22 İyn 2018 22:49:00 231 0

Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli?  VİDEO

Gedişhaqqı 25 qəpik olduğu halda sürücülər, sərnişinlərdən 30 qəpik alır. Son.az bildirir ki, söhbət hövsan qəsəbəsi vəşəhər istiqamətində işləyən 132 və 161 saylı marşurutlardan gedir.

Sərnişinlərin sözlərinə görə, sürücülər əksər hallarda gediş haqqı 25 qəpik olduğu halda onlardan 30 qəpik alırlar.

Halbuki, həmin marşurut xəttində qiymət bir neçə il əvvəl tarif şurasının qərarı ilə 25 qəpik olub. Sürücülər isə deyilənlərin əksini deyir. Onlar bir çox sərnişinin 5 qəpiyi almadan düşüb getdiklərini bildirirlər.