Ölüm vaxtını hesablayan şəbəkə hazırlandı YENİLİK


Digərləri 22 İyn 2018 21:45:00 323 0

Ölüm vaxtını hesablayan şəbəkə hazırlandı  YENİLİK

Ölüm vaxtınızı hesablaya biləcək neyron şəbəkə yaradılır.

Son.az xəbər verir ki, layihə "Google" şirkəti tərəfindən həyata keçirilib. Belə ki, alqoritmlər əsasında hazırlanmış yeni neyron şəbəkəsi xəstənin səhhətini analiz edərək onun əsasında ölüm vaxtını proqnozlaşdıracaq.

Şəbəkə xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentlər də daxil olmaqla, yüz minə yaxın xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra ölüb.