Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə... FOTO


Digərləri 22 İyn 2018 21:16:00 436 0

Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: Tətilə getmək əvəzinə...  FOTO

Dünyada bir çox futbolçu var ki, maqazin fiquruna çevrilmək istəyir, hətta özəl həyatları, karyeraları istedadlarının önünə keçir. Ancaq bu qəlibdən uzaq gəzməyə çalışan futbolçular da az deyil.

Son.az xəbər verir ki, türkiyəli futbolçu Nuri Şahin azarkeşlərin görməyə adət etdiyi futbolçulardan bir çox fəaliyyəti və hədəfləri ilə kəskin fərqlənir.

Nuri Şahin əslən Türkiyənin Kırşehir şəhərindən olan, sonradan Almaniyaya köç edən bir ailədə dünyaya gəlib. Hazırda 29 yaşı var və "Borussiya Dortmund" forması geyinir. "Real Madrid" və "Liverpul" kimi nüfuzlu komandalarda oynadıqdan sonra "Borussiya"ya qayıdıb.

Futbol karyerası ilə yanaşı, təhsilinə də diqqət yetirən futbolçu ötən il Harvard Universitetinə qəbul olub. O, universitetdə oxumaq arzusunu bu sözlərlə əsaslandırıb:

"Dünyanın ən yaxşı universitetində idarəçilik dərsləri almaq, o havanı udmaq furtbol karyeram üçün çox önəmlidir. Qəbul olunsam, futbol karyeramla birgə ali təhsilimi də davam etdirəcəyəm. Bu, məni həyəcanlandırır".

Nuri Şahin daha sonra 3 ay boyunca "Əyləncə biznesi: Media və idman" proqramı üzərində işləyib və uğurla tamamlayıb.


Xəbərə aid fotolar