“Xoşbəxtəm, keçmiş ərim haqda danışmayacağam” FOTO


Digərləri 22 İyn 2018 18:11:00 313 0

“Xoşbəxtəm, keçmiş ərim haqda danışmayacağam”  FOTO

Günay Musayeva “Sabah” qəzetinə müsahibə verib

Uzun müddətdir ki, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva "Sabah" qəzetinə müsahibə verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, şəxsi həyatı barədə bəzi məqamlara aydınlıq gətirib, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcəyini bildirib:

"Türkiyədə seçki zamanı elə bil ki, hər hansı bir festivaldır.  Küçələrdə bayraqlar, seçki üçün özəl oxunan mahnılar. Bunları ilk dəfə görəndə çox təəccüblənmişdim, xoşuma gəlmişdi. Seçkilərdə demokratiyanın əsas amil olduğunu bilirəm. Namizədlərin güclü olduğunu, partiyaların ciddi hazırlaşdığını görürəm. Hazırki Türkiyə prezidentinin güclü liderlik özəlliyi seçicilərə təsir edir. Azərbaycanlılar və türklər həmişə qardaşdılar. 

Əminəm ki, bizim də səsvermə hüququmuz olsa, Ərdoğanı seçərdik. Hörmətli İlham Əliyevlə Ərdoğan hər zaman seçkiqabağı görüşür. Bu, artıq bir ənənə halına gəlib.  Azərbaycan da Türkiyədəki seçkiləri yaxından izləyir.  Bütün siyasətçiləri sevirlər, amma ən çox Rəcəb Tayyip Ərdoğanı. Çünki o, dünyada yaşanan bütün ədalətsizlik və haqsızlığa yüksək səslə etiraz edir, qarşı çıxır. Bu səbəbdən əksəriyyətimizin ona qarşı simpatiyası var". 


Xəbərə aid fotolar