Rusiyada helikopter qəzaya uğrayıb


Dünya 22 İyn 2018 17:51:30 514 0

Rusiyada helikopter qəzaya uğrayıb

Pilotun öldüyü ehtimal olunur

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.

"Havadan bunun "Mİ-8" helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.

"Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib", - mənbə vurğulayıb.