Azərbaycanda əcnəbilərə tətbiq edilən qadağalardan biri aradan qaldırılır


Digərləri 22 İyn 2018 16:14:00 307 0

Azərbaycanda əcnəbilərə tətbiq edilən qadağalardan biri aradan qaldırılır

Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün qaydaların pozulmasına, tətbiq olunan cərimələrin ödənilməməsinə (yaxud gecikdirilməsinə) görə dəbbə pulu tətbiq edilir. Cərimələri ödəməyən şəxslərin ölkəyə girişi qadağan edilir.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 150.15 və 150.16 maddələrinin əlavə edilməsi təklif edilir.

Layihəyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.