Ərdoğandan ANONS: Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək


Digərləri 22 İyn 2018 16:07:00 231 0

Ərdoğandan ANONS: Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək

Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı deyib ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyi də birləşdiriləcək.