Nazir xarici borcun artmasının 3 əsas səbəbini açıqladı


Digərləri 22 İyn 2018 14:27:51 275 0

Nazir xarici borcun artmasının 3 əsas səbəbini açıqladı

Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır:"Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə azalsın. Qeyd edim ki, son iki il ərzində Azərbaycanda həyata keçirilən islahatlar makroiqtisadi vəziyyətin sabitləşməsinə, dayanıqlı büdcə siyasətinin aparılmasına münbit şərait yaradıb. Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub. Həmin illər ərzində etiraf edək ki, biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici bprcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb".