"Hər gün ağlayır, köpək kimi içirdim"


Digərləri 22 İyn 2018 13:25:00 265 0

"Hər gün ağlayır, köpək kimi içirdim"

Hazırda "Hollywood Vampires" rok-qrupunun tərkibində dünya qastrol turnesinə çıxmış məşhur aktyor, Hollivud ulduzu Conni Depp "Rolling Stone" jurnalına maraqlı müsahibə verib.

55 yaşlı aktyor onu məşiət zorakılığında suçlamış aktrisa xanımı Ember Hördlə boşanmasından, 16 yaşlı oğlu Cekin şayiələrə münasibətindən də danışıb.

Son.az bildirir ki, Depp boşanmadan sonra özünü çox pis hiss etdiyni deyib: "Harasa gözüaçıq yollanıb oranı gözübağlı tərk etmək istəyirdim. Hər gün ürəyimi parçalayan ağrının öhdəsindən gələ bilmirdim. O ağrıdan qurtulmaq üçün çap maşını ilə memuarlar yazmağa başladım. Səhərlər araq içir, maşının arxasına otururdum. Göz yaşlarım sel kimi axanadək yazırdım. Axı niyə belə olduğunu, hansı səhvə yol verdiyimi anlamağa çalışırdım. Hamıya yardım etmək istəyirdim, yalan danışmırdım. Həqiqət mənim üçün çox mühümdür. Amma baş verənlər baş verdi. Hər gün ağlayır, köpək kimi içirdim".


Xəbərə aid fotolar