Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb


Dünya 22 İyn 2018 13:06:54 274 0

Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb

Bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib

Əfqanıstanda yol-tikinti işləri zaman “Taliban”la təhlükəsizlik əməkdaşları arasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki,bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, əyalətdə yol-tikinti şirkətinin 33 əməkdaşı terrorçu qruplaşmanın üzvləri tərəfindən qaçırılıb. Oğurlananlardan 20-si şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndis-texniki heyətin işçilərdir.

D.Əhmədi bildirib ki, atışma zamanı təhlükəsizlik xidmətinin 4 əməkdaşı ölüb, biri yaralanıb. “Taliban”ın hücumu nəticəsində şirkətin 125-ə yaxın nəqliyyat vasitəsi yarasız hala düşüb.